02.03.2018-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə müvəqqəti məskunlaşan Kosalar kənd sakinləri ilə səyyar qəbul - görüş keçirdi.
Səyyar qəbul - görüş zamanı Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Razayev qəsəbədə sakinlər tərəfində əvvəllər qaldırılan və həll olunan məsələlər haqqında məlumat verdi. Mövcud problebləmləri diqqətə çatdırdı. Şahmar Usubov qaldırılan məsələləri dinlədi və həllini nəzarətə götürdü. Problemləri olan sakinləri fərdi şəkildə qəbul etdi.
Sonra Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən Kosalar kənd tam orta məktəbinə hədiyyə edilən kimya-biologiya kabinəsi ilə maraqlandı. Belə gözəl təşəbbüs üçün universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova təşəkkür etdi.